5 milyon şüşə su, 2,5 milyon bayraq, 1,5 milyon papaq - MİTİNQ HAZIRLIĞI

5 milyon şüşə su, 2,5 milyon bayraq, 1,5 milyon papaq - MİTİNQ HAZIRLIĞI

Avqustun 7-də İstanbulun Yeniqapı mitinq meydanında baş tutacaq mitinqə 3 milyon insanın qatılacağı gözlənilir. Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, Demokratiya və Şəhidlər adı verilmiş kütləvi tədbirə gələnlər üçün 6 milyon əl elanı, 3 min 200 plakat, 5 milyon butulka su, 1,5 milyon papaq, 2,5 milyon Türkiyə bayrağı, 150 səyyar tualet nəzərdə tutulub.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan dünən verdiyi açıqlamada mitinqdə Türkiyə bayrağı ilə yanaşı, iştirakçıların Azərbaycan və Şimalı Kipr Türk Cumhuriyyətinin bayrağını da qaldıra biləcəyini demişdi.

Mitinqin keçiriləcəyi meydanda quraşdırılan səhnənin sahəsi 60x16 metr böyüklüyündədir. Burada 54 elektrik generatorundan, 20 səsyayıcı qüllədən, 1 milyon vat gücündə səs sistemindən istifadə ediləcək.

Mitinqin keçiriləcəyi ərazidə texniki məsələləri (təmizlik, paylama, texniki təşkilatçılıq və s.) həll etmək üçün 13 min işçi cəlb edilib. Mitinq vaxtı 102 həkim briqadası ilə yanaşı, 1 gəmi və 1 helikopter ambulans da hazır vəziyyətdə xidmət göstərəcək. Ərazidə ümumilikdə 728 nəfərlik tibbi heyət olacaq və fövqəladə hallarla bağlı 20 yanğınsöndürmə maşını startda gözləyəcək.

0
7