OPEK və Rusiya danışıqları bərpa edir

OPEK və Rusiya danışıqları bərpa edir

“Biz yaxın günlərdə OPEK-ə daxil olmayan ölkələrlə qurum üzvləri və Rusiya ilə görüşün təşkil edilməsi üçün səy göstəririk”.

Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, bu barədə Venesuela prezidenti Nikolas Maduro bəyan edib.

Prezident qedy edib ki, avqustun 4-də Venesuelanın neft sənayesi naziri Euloxio Del Pino OPEK sədri Məhəmməd Barkindo ilə danışıqlar keçirib.

Dövlət başçısı vurğulayıb ki, əsas məqsəd neftin qiymətinin bir barel üçün 40 dollar səviyyəsində sabitləşməsi və bu qiymətin bir barel üçün 50-60 dollara qədər yüksəldilməsidir.

Xatırladaq ki, OPEK-in iyunun 2-də son iclasında Vyanada iştirakçı ölkələr ümumi razılığa gələ bilməyiblər.

0
17