İşsiz nə qədər müavinət ala bilər?

İşsiz nə qədər müavinət ala bilər?

Bu ilin 6 ayınıda 26 min nəfər işdən azad edilib.

Azərbaycanda son vaxtlar işçilərin ixtisarı və bəzi müəssisələrin fəaliyyətinin dayandırılması nəticəsində işdən azad olunanlar da artıb.

Təkcə rəsmi rəqəmlərə görə, ilk 6 ayda 26 min nəfər işdən azad edilib. Bununla əlaqədar olaraq işsizlik müavinəti almaq istəyənlərin sayı da çoxalmaqdadır.

Bəs işsizlik müavinəti necə hesablanır? Müxtəlif vəzifələrdə və müxtəlif məbləğli əmək haqqı ilə çalışanlara nə qədər işsizlik müavinəti ödənilməlidir?

Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, ölkə vətəndaşları bu məlumatı «Elektron Hökumət» portalındakı müvafiq bölməyə daxil olaraq öyrənə bilərlər.

Bunun üçün bölmədəki pəncərələrə işçinin işə daxil olma və işdən çıxma vaxtını, məşğulluq orqanlarında qeydiyyata düşmə vaxtını, eləcə də, 18 yaşınadək olan uşaqlarının sayını daxil etməklə ona düşən işsizlik müavinətini hesablaya bilərlər.

Göstərilən qayda ilə işsizlik müavinətini hesablamaq üçün linkə daxil olmaq lazımdır: www.e-gov.az/az/services/read/2731/1

0
23