“Həmişə ən güclülər qalib gəlmir” - "Lill"in kapitanı

“Hər şeydən əvvəl “Qəbələ”ni təbrik edirəm. Azərbaycanlılar bizə bir daha göstərdilər ki, həmişə ən güclülər qələbə qazanmır. Daha yaxşı hazırlıq keçən və böyük arzusu olan qalib gəlir”. Apasport.az saytının məlumatına görə, bunu “Lill” klubunun kapitanı Renato Çivelli deyib.

Avropa Liqasının III təsnifat mərhələsində “Qəbələ” ilə qarşılaşan Fransa təmsilçisi Bakıdan 0:1 hesablı məğlubiyyətlə ayrılaraq, mübarizəni dayandırıb.

33 yaşlı müdafiəçi klubun rəsmi saytına açıqlamasında məğlubiyyəti həzm etməkdə çətinlik çəkdiklərini söyləyib: “Məncə, rəqib bizdən daha istəkli idi. Hiss olunurdu ki, onlarda əhval-ruhiyyə yüksək səviyyədə idi. Azərbaycan klubu sanki final, yəni həlledici matça çıxmışdı. Biz top uğrunda mübarizələrdə məğlub ayrılırdıq. Rəqibdə bəzi boşluqların olmasına baxmayaraq, hücumda bundan yararlana bilmədik. “Qəbələ” taktiki cəhətdən daha yaxşı hazırlaşmışdı və riskə yol vermədi. Bizim üçün böyük xəyal qırıqlığı oldu. Həm də bu, mənim Avrokubokda son şansım idi. Bu baxımdan məğlubiyyət həm mənə, həm də komandama ağır zərbə oldu”.

0
12