Nazirlikdən hava şəraiti ilə bağlı – XƏBƏRDARLIQ

Nazirlikdən hava şəraiti ilə bağlı – XƏBƏRDARLIQ

Avqust ayının birinci ongünlüyündə isti hava şəraiti davam edəcək.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti əhaliyə xəbərdarlıq edib.

Departamendən Oxu.Az-a bildirilib ki, avqust ayının birinci ongünlüyündə isti hava şəraiti davam edəcək.

Məlumata görə, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 34-39° isti olacağı gözlənilir.

Havanın maksimal temperaturu 35-40°, Naxçıvan MR-da və Mərkəzi-Aran rayonlarının bəzi yerlərində 42° isti olacağı gözlənilir.

0
16