Maestro Niyazinin xatirəsinə həsr olunan tədbir keçirilib

Maestro Niyazinin xatirəsinə həsr olunan tədbir keçirilib

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı Niyazinin Mənzil Muzeyində görkəmli dirijor və bəstəkar, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, C.Nehru adına beynəlxalq mükafat laureatı Maestro Niyazinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a bildirilib ki, tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb.

Sonra muzeyin şöbə müdiri Xanım Abdinova Maestro Niyazinin yaradıcılığı, Azərbaycan musiqi mədəniyyətində əvəzsiz xidmətlərindən danışıb. Tədbirdə muzeyin arxiv materialları əsasında hazırlanan, Niyazinin həyat və yaradıcılığını əks etdirən slayd-şou nümayiş olunub.

“Rast. Niyazi” sənədli filminin rejissoru Nonna Müzəffərovanın muzeyə hədiyyə etdiyi, kinoarxiv fonduna məxsus sənədli filmlərdən toplanan tarixi kadrlardan ibarət videoçarx təqdim olunub.

Beynəlxalq müsabiqələr laureatı, Bakı Musiqi Akademiyasının tələbəsi Fuad Əlizadə Niyazinin repertuarına daxil olan Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət musiqi proqramı ilə çıxış edib.

Aytən Sadıqzadə

0
12