Pele Olimpiya məşəlini yandıracaq

Pele Olimpiya məşəlini yandıracaq

Yay Olimpiya Oyunlarının açılış mərasimi avqustun 5-də baş tutacaq.

Həkimlər məşhur braziliyalı futbolçu Peleyə Olimpiya Oyunlarının məşəlinin alovlandırılması mərasimində iştirak etməyə icazə verdilər.

Oxu.Az bu barədə “Reuters”ə istinadən xəbər verir.

Daha öncə əfsanəvi idmançının avqustin 5-də Rio-de-Janeyroda keçiriləcək “Olimpiya-2016”-nın açılış mərasimində Olimpiya məşəlini alovlandırmağa dəvət aldığına dair məlumat yayılmışdı.

2012-ci ildə “futbol kralı” çanaq-bud sümüyünün əməliyyatı və implantasiyasını keçirib. Amma 75 yaşlı Pelenin ağrıları keçməyib. 2015-ci ilin dekabrında amerikalı mütəxəssislər endoprotezin bərpası üzrə daha bir əməliyyat keçiriblər. Hazırda futbolçu əsa ilə gəzir.

“Hər şey əzələ ağrılarından asılıdır, bu ağrılar hərəkətə mane olur”, - Pelenin nümayəndəsi deyib.

Yay Olimpiya Oyunlarının açılış mərasimi avqustun 5-də “Marakana” stadionunda baş tutacaq. Pele bu stadionda 1969-cu ildə öz mininci qolunu vurub. Olimpiya məşəlinin alovlandırılması mərasimi üçsaatlıq tədbirlə sona çatacaq.

0
9