Prezidentin qızı restoranda çalışır

Prezidentin qızı restoranda çalışır

ABŞ prezidenti Barak Obamanın 15 yaşlı qızı Saşa Obama bu yayını istirahətə deyil, işləməyə həsr etmək qərarına gəlib.

Lent.az-ın xarici mətbuata istinadən məlumatına görə, 15 ilin 8 ilini Ağ Evdə lüks şərtlər çərçivəsində keçirən Saşa bu yay əhalinin digər yarısının necə yaşadığını öyrənmək istəyib.

Belə ki, Obamanın balaca qızı turizm zonası sayılan Marsa bağında yerləşən “ Nancy” dəniz restoranında işə başlayıb. Restoranda kassir kimi çalışan Saşa həm də boşalmış masaları yığışdırır və restoranın səhərlər açılması üçün hazırlığına köməklik edir.

Restoranda  “Nataşa” adı ilə tanınan Saşanın iş yoldaşları isə prezidentin qızıyla birgə işləməyi xoş təsadüf adlandırırlar.

Deyilənə görə, Saşa burda  ailəsi iki həftəlik məzuniyyətdən qayıdana kimi işləyəcək.

Qeyd edək ki, Obama hər zaman qızlarını normal insanların yaşadığı bir həyata öyrəşdirməyə çalışıb.

0
16