“Qarabağ” və “Qəbələ”nin potensial rəqibləri açıqlandı - SİYAHI

“Qarabağ” və “Qəbələ”nin potensial rəqibləri açıqlandı - SİYAHI

Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə 44 klub 22 cütlük təşkil edəcək.

Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə Azərbaycan təmsilçiləri “Qarabağ”la “Qəbələ”nin də rəqibləri bəlli olacaq. Püşkatmadan öncə bu 44 komanda əmsallarına görə səbətlərə bölünüb.

“Qarabağ” mərhələnin 22-ci komandası kimi səpələnmişlər arasında sonuncu olub. “Qəbələ” isə səpələnməmişlər səbətində qərarlaşıb.

Qeyd edək ki, pley-offun oyunları avqustun 18-də və 25-də keçiriləcək.

Artıq təmsilçilərimizin potensial rəqiblərinin siyahısı müəyyənləşib.

Səpələnmişlər sırasında olan “Qarabağ” “Şkendiya”, “İstanbul Başakşehirspor”, “Höteborq”, “Srvena Zvezda”, “Hayduk”, “Sonderyuske” ilə qarşılaşa bilər.

“Qəbələ” isə “Anderlext”, “Vest Hem”, “Krasnodar”, “Maribor”, “Fənərbaxça”, “Panatinaikos”la qarşılaşa bilər.

Avropa Liqası

Pley-off mərhələsi

Səpələnmişlər

“Şaxtyor” (Ukrayna)

“Olimpiakos” (Yunanıstan)

“Anderlext” (Belçika)

“Alkmaar” (Hollandiya)

“Fənərbaxça” (Türkiyə)

“Sparta” (Çexiya)

PAOK (Yunanıstan)

“Genk” (Belçika)

BATE (Belarus)

“Sent-Etyenn” (Fransa)

“Gent” (Fransa)

“Krasnodar” (Rusiya)

“Rapid” (Avstriya)

“Slovan” (Çexiya)

“Maribor” (Sloveniya)

“Makkabi” (Təl-Əviv, İsrail)

“Austriya” (Vyana, Avstriya)

“Vest Hem” (İngiltərə)

“Panatinaikos” (Yunanıstan)

“Midtyulland” (Danimarka)

“Sassuolo” (İtaliya)

“Qarabağ” (Azərbaycan)

Səpələnməmişlər

“Rusenborq” (Norveç)

“Astana” (Qazaxıstan)

“Astra” (Rumıniya)

“Hayduk” (Xorvatiya)

“Aruka” (Portuqaliya)

“Qrassjoppers” (İsveçrə)

AEK (Kipr)

“Voyvodina” (Serbiya)

“İstanbul Başakşehir” (Türkiyə)

“Brondbü” (Danimarka)

“Srvena Zvezda” (Serbiya)

“Osmanlıspor” (Türkiyə)

“Slaviya” (Çexiya)

“Höteborq” (İsveç)

“Dinamo” (Tbilisi, Gürcüstan)

“Lokomotiv” (Xorvatiya)

“Trençin” (Slovakiya)

“Qəbələ” (Azərbaycan)

“Beytar” (İsrail)

“Sonderyuske” (Danimarka)

“Şkendiya” (Makedoniya)

“Partizani” (Albaniya)

0
20