"Petkim" rəhbərliyində daha bir təyinat

"Petkim" rəhbərliyində daha bir təyinat

"Petkim Petrokimya Holding A.Ş."-də kadr və struktur dəyişikliyi olub.

"APA-Economics" xəbər verir ki, holdinqdə baş direktorun layihə və investisiyalar üzrə müavini vəzifəsi yaradılıb. Bu vəzifəyə Bilal Quliyev təyin olunub.

Xatırladaq ki, bundan öncə "Petkim Petrokimya Holding A.Ş."-nin baş direktoru Saadettin Korkut tutduğu vəzifədən istefa verib. Bunun ardınca S. Korkut hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

S. Korkutu SOCAR-ın Yunanıstandakı törəməsinin ("SOCAR Greece") rəhbəri işləmiş Anar Məmmədov əvəzləyib.

"APA-Economics"in əldə etdiyi məlumata görə, şirkətin bir neçə rəhbəri şəxsi, o cümlədən baş direktorun satınalmalar üzrə müavini Natiq Dəmirov işdən çıxarılıb.

"SOCAR Türkiye" şirkətinin İdarə Heyətinin sədri Vaqif Əliyev isə bildirib ki, "Petkim Petrokimya Holding A.Ş."-nin müxtəlif departamentlərində çalışan 27 nəfər işdən azad olunub. V. Əliyev əlavə edib ki, "SOCAR Türkiye" isə müxtəlif departamentlərdə çalışan 4 işçinin müqaviləsinə xitam verərək onlarla yollarını ayırıb.

0
10