Əfqanıstanlı yeddi əsgər yoldaşını güllələdi və taliblərin yanına qaçdı

Əfqanıstanlı yeddi əsgər yoldaşını güllələdi və taliblərin yanına qaçdı

Hadisə Karaqandar vilayətində baş verib.

Əfqan sərhədçisi yeddi əsgər yoldaşını güllələyib.

Oxu.Az Khaama agentliyinə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, şübhəli şəxs Kandaqar vilayətində Spin Boldak rayonunda sərhəd polisinin heyətində xidmət edirdi.

Aprelin 12-nə keçən gecə o, postda xidmət apardığı əsgər yoldaşlarını güllələyib, sonra isə sərhədi keçərək Pakistan ərazisinə qaçıb.

Hücuma görə məsuliyyəti öz üzərinə “Taliban” terror qruplaşması götürüb.

Yaraqlılar bildiriblər ki, posta hücum “Omari əməliyyatının” bir hissəsidir.

0
13