Ronaldonun son müqaviləsi rekord qıracaq

Ronaldonun son müqaviləsi rekord qıracaq

Portuqaliya və “Real Madrid”in ulduz futbolçusu Kristiano Ronaldo kariyerasının son müqaviləsini imzalayacaq.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 31 yaşlı futbolçu kariyerasını “Real Madrid” başa vurmaq niyyətindədir. Kral Klubu da futbolçusu ilə müqaviləsini artırmaq niyyətindədir. Bu il qazandığı titullardan sonra Ronaldo kariyerasının sonuncu ən böyük müqaviləsini imzalayacaq.

Belə ki, Madrid təmsilçisi Ronaldonun  müqaviləsini 2020-2021 mövsümünə qədər uzadacaq və bunun müqabilində futbolçuya illik olaraq 21 milyon avro verəcək. Artıq  klub Ronaldonun  meneceri ilə danışıqlar aparılır.

Qeyd edək ki, Ronaldonun “Real Madrid”lə hazırdakı müqaviləsi 2018-ci iyun ayınadəkdir.

0
10