Bakıda Türkiyə vətəndaşı qarət edildi

Bakıda Türkiyə vətəndaşı qarət edildi

Bakıda oğrular Türkiyə vətəndaşının evini qarət ediblər.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, naməlum şəxslər evdən külli miqdarda pul aparıblar.

Hadisə rayonun Kaveroçkin küçəsində qeydə alınıb. Belə ki, sözügedən ünvanda yaşayan Türkiyə vətəndaşı, 1960-ci il təvəllüdlü Elgün Cumhur Elgun oğlunun mənzilinə daxil olan naməlum şəxs və ya şəxslər oradan 40 min avro, 10 min ABŞ dolları və 10 min Azərbaycan manatı oğurlayıblar.

Dərhal Nəsimi Rayon Polis İdarəsinə məlumat verilib.

Mənzilə baxış keçirən polis əməkdaşları oradan barmaq izləri götürüblər.

Aparılan araşdırmalar zamanı məlum olub ki, oğrular Türkiyə vətəndaşının yaşadığı mənzilə açar seçmə yolu ilə daxil olublar.

Hazırda sözügedən oğurluq hadisəsinin kim tərəfindən törədilməsi Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən araşdırılır.

0
6