İrəvanda keçirilən mitinq zamanı azı 10 etirazçı saxlanıldı

İrəvanda keçirilən mitinq zamanı azı 10 etirazçı saxlanıldı

 İrəvanın mərkəzindəki Azadlıq meydanında polis alayının binasına hücum etmiş silahlı qrupa dəstək mitinqi keçirilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, aksiyadan sonra etirazçılar şəhərin mərkəzi küçələrində yürüş keçiriblər. Aksiya iştirakçıları  hökumət əleyhinə və silahlı qrupa dəstək şüarları səsləndiriblər.   

NEWS.am-ın xəbərinə görə, aksiya zamanı 10-dan çox etirazçı saxlanılaraq polis şöbələrinə aparılıblar.

0
28