Obama: “Biz girovların azad olunması üçün pul ödəmirik”

Obama:  “Biz girovların azad olunması üçün pul ödəmirik”

İrana verilən məbləğ həbsdə olan amerikalıların azadlığı üçün ödənilməyib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Barak Obama Milli Təhlükəsizlik Şurasının iclasından sonra çıxışı zamanı bildirib.

“Biz girovların azad olunması üçün pul ödəmirik”, - deyə Obama vurğulayıb.

O , həmçinin,  İrana 400 mln. dolların köçürülməsinin gizli şəkildə həyata keçirilməsi ilə bağlı iddiaların əsassız olduğunu deyib: “Biz bu barədə yanvarda açıqlama verdik... bu məxfi olmayıb... Bu, hansısa pis niyyətli sövdələşmə olmayıb”, - deyə Obama qeyd edib.

Qeyd edək ki, “Wall Street Journal” nəşrinin yaydığı məlumata əsasən, ABŞ administrasiyası yanvarda gizli şəkildə İrana təyyarə ilə 400 mln. dollar göndərib.  Nəşr iddia edib ki, İrana verilən məbləğ həbsdə olan amerikalıların azadlığı üçün ödənilib.

0
13