Özgəcanın qatillərini güllələyənin qardaşı: "Qürur duyuram"

Özgəcanın qatillərini güllələyənin qardaşı: "Qürur duyuram"

Türkiyədə Özgəcanın qatillərini həbsxanada güllələyən Gültəkin Alanın qardaşı maraqlı açıqlamalar verib.

Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Tokat vilayətində yaşayan G. Alanın qardaşı Tevfik Alan qardaşı ilə fəxr etdiyini dilə gətirib: “Cinayət törətmək əlbəttə yaxşı şey deyil. Amma mən qardaşım Gültəkinlə qürur duyuram".

Qeyd edək ki, Özgəcanın qatilləri Ahmet Sübhi Altındönek və onun atası Nəcməddin Altındönek cəza çəkdikləri Adana qapalı həbsxanasında güllələnib. Hadisə nəticəsində A. S. Altındönek ölüb, atası isə ağır yaralanıb. Aparılan araşdırmalar zamanı Özgəcanın qatillərini həmin həbsxanada cəza çəkən Gültəkin Alan tərəfindən törədildiyi bildirilib.

Gültəkin Alan müxtəlif cinayət əməlləri törətməkdə təqsirli bilinərək 50 il müddətinə azadlıqdan məhrum edilib. Onun hal-hazırda 46 yaşı var.

0
15