“Qəbələ” Avroliqanın pley-offunda!

“Qəbələ” Avroliqanın pley-offunda!

Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq. APA-nın məlumatına görə, təmsilçimiz “Qəbələ” də cavab oyununa çıxıb.

Ötən mövsümün bürünc mükafatçısı öz meydanında Fransa klubu “Lill”lə qarşılaşıb. Roman Qriqorçukun yetirmələri oyuna səfərdə əldə etdiyi 1:1 hesablı heç-heçənin verdiyi üstünlüklə çıxıblar. “Qırmızı-qaralar” rəqiblərini 1:0 hesabla məğlub edərək, turnirin  pley-off mərhələsinə yüksəliblər.

Beləliklə, “Qəbələ” ardıcıl üçüncü il mötəbər yarışın pley-off mərhələsində təmsil olunacaq.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasında uduzub, mübarizəni Avropa Liqasında davam etdirəcək.  

Avropa Liqası

III təsnifat mərhələsi

Cavab oyunu

4 avqust

“Qəbələ” (Azərbaycan) - “Lill” (Fransa) - 1:0

Qol: Filip Ozobiç, 34

Baş hakim: Aleksey Yeskov (Rusiya)

Bakı. 8-ci km qəsəbə stadionu

İlk oyun – 1:1

0
17