“Qəbələ” Fransa klubunu məğlub etdi - VİDEO

“Qəbələ” Fransa klubunu məğlub etdi - VİDEO

Futbol üzrə Avropa Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçirilib.

Oxu.Az xəbər verir ki, Azərbaycanın “Qəbələ” klubu “Bakcell Arena”da Fransanın “Lill” komandasının qəbul edib.

Qarşılaşma Roman Qriqorçukun yetirmələrinin minimal hesablı qələbəsi ilə yekunlaşıb -1:0. Matçda yeganə qolu 34-cü dəqiqədə Filip Ozobiç vurub.

Xatırladaq ki, Fransada keçirilən ilk oyun 1:1 hesablı heç-heçə ilə başa çatmışdır.

Beləliklə, iki oyunun nəticəsinə görə, Azərbaycan komandası Avropa Liqasının “play-off” mərhələsinə vəsiqəni təmin edib.

0
14