Taliblər rus pilotunu girov götürdü

Taliblər rus pilotunu girov götürdü

Pakistana məxsus “Mi-17” tipli helikopter Əfqanıstanın taliblərin nəzarət etdiyi  Loqar əyalətində qəza enişi edib.

APA-nın “Dawn” nəşrinə istinadən verdiyi xəbərə görə, sərt eniş nəticəsində helikopterdə yanğın baş verib. Bəzi məlumatlara görə, helikopter taliblər tərəfindən yandırılıb.   

Məlumatda 7 nəfərdən ibarət ekipajın sağ qaldığı qeyd olunur. Onların arasında Rusiya vətəndaşının olduğu bildirilir.

Pilotlar taliblər tərəfindən girov götürülüb.

0
10