Nağd əməliyyatlara məhdudiyyət qoyulacaq – SƏRƏNCAM

Nağd əməliyyatlara məhdudiyyət qoyulacaq – SƏRƏNCAM

Bu ilin sonunadək Azərbaycanda nağd əməliyyatlara məhdudiyyətlər qoyulacaq.

Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, bu prezident İlham Əliyevin imzaladığı “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında sərəncamında nəzərdə tutulub.

Sərəncama əsasən, ölkə iqtisadiyyatında şəffaflığı artırmaq, maliyyə intizamını gücləndirmək və vergitutma bazasını genişləndirmək məqsədilə nağdsız əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması nəzərdə tutulur.

Bundan əlavə, beynəlxalq təcrübə nəzərə alınmaqla, nağd pul hesablaşmaları nəzarət-kassa aparatları tətbiq edilmədən həyata keçirilən fəaliyyət sahələrinin dairəsinin dəqiq müəyyənləşdirilməsi və nəzarət-kassa aparatları tətbiq etmədən fəaliyyət göstərən fiziki şəxslərin vergi öhdəliklərinin aylıq sabit vergi formasında müəyyən edilməsi nəzərdə tutulur.

0
17