İlhamə Quliyevanın oğulluğu xəstəxanalıq oldu

İlhamə Quliyevanın oğulluğu xəstəxanalıq oldu

Mərhum xalq artisti İlhamə Quliyevanın oğulluğu Orxan Nadirovun ayağı əzilib.

Oxu.Az xəbər verir ki, bu barədə axşam.az məlumat yayıb.

Əsa ilə gəzən O.Nadirov hazırda yaxşı olduğunu deyib:

“Pilləkəndən düşəndə tələsdim və yıxıldım, ayağım əzildi. Gipsə salınıb. Hazırda əsa ilə gəzirəm. Hər kəsin başına gələ biləcək hadisədir, indi yaxşıyam”.

İ.Quliyevanın mirası ilə bağlı məhkəmə prosesi davam edən O.Nadirov məsələ ilə bağlı suallara “Söz vermişəm, bu haqda heç nə danışmayacam. Hər şey bəlli olandan sonra son sözümü deyəcəyəm” cavabını verib.

A.S.

0
18