Rio-2016: Yığmanın hər şeyi oğurlandı

Rio-2016: Yığmanın hər şeyi oğurlandı

Avqustun 5-də start götürəcək Rio Yay Olimpiya Oyunlarını qəbul edən Olimpiya kəndində xoşagəlməz hadisələr davam edir. Apasport.az saytının məlumatına görə, Avstraliya yığmasının ardınca Danimarka millisi də oğurluq faktı üz-üzə qalıb.

Belə ki, olimpiyaçıların şəxsi əşyaları, mobil telefonları, geyim və planşetləri qarət olunub. Bunu Danimarka Olimpiya yığmasının nümayəndə heyətinin rəhbəri Morten Rodtvitt deyib: “Bizim xahişimizlə Olimpiya kəndində xadiməlilər və digər əməkdaşların sayı artırılıb. Lakin bundan sonra şəxsi əşyalarımız itməyə başladı. Hər şeyimizi oğurlayırlar. Telefonlarımızı, geyimimizi, iPad, hətta döşək üzünü belə oğurlayırlar”.

Qeyd edək ki, Avstraliya yığmasının əşyaları zirzəmidə yanğın olarkən baş vermişdi. Ehtimal olunur ki, oğrular bunu bilərəkdən yandırıblar.

0
11