Elmar Məmmədyarov yeni səfiri qəbul edib

Elmar Məmmədyarov yeni səfiri qəbul edib

Nazir Elmar Məmmədyarov Almaniya Federativ Republikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Mixail Kindsqrabı qəbul edib.

Bu barədə Oxu.Az-a Xarci İşlər Nazirliyinin mətbuat xidmətindən xəbər verilib.

Məlumata əsasən, Elmar Məmmədyarov səfir Mixail Kindsqrabı Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi.

Görüşdə Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətarfında fikir mübadiləsi aparılıb.

0
7