Rusiyalılar Putindən Medvedevi istefaya göndərməyi tələb edirlər

Rusiyalılar Putindən Medvedevi istefaya göndərməyi tələb edirlər

“Nazirlər kabinetinə savadlı, ölkə üçün narahat olan insan rəhbərlik olmalıdır”.

Change.org portalında Rusiya baş naziri Dmitri Medvedevin istefaya göndərilməsi tələbi ilə petisiya peyda olub.

Oxu.Az bu barədə “Rosbalt”a istinadən xəbər verir.

“Nazirlər Kabinetinə sanballı, savadlı, ölkə üçün narahat olan adam rəhbərlik etməlidir. Hazırda biz başqa mənzərənin şahidiyik. “Apple” şirkətinin reklam siması, Olimpiyadada yatan, müəllimlərə “dolanmaq üçün əlavə iş tapmaq” məsləhəti görən adam Nazirlər Kabinetinin rəhbəri olmamalıdır. Balıq başdan iylənər, bəlkə nazirliklərin “səmərəliliyi” buradan irəli gəlir?!”, - Rusiya prezidenti Vladimir Putinə imzalanmış petisiyanın mətnində deyilir.

Rusiyalıların narazıçılığına baş nazirin dünənki sözləri səbəb olub. “Fikirlər ərazisi” forumunda o, maaşından narazı olan müəllimlərə ixtisasını dəyişməyi və ya biznes qurmağı məsləhət görüb. Onun sözlərinə görə, hərbçilərin yüksək maaşı isə onların peşəsinin təhlükəli olması ilə əlaqəlidir.

May ayının sonunda baş nazirin Krıma səfəri zamanı verdiyi bəyanat da rezonans doğurub. Regionun sakinləri hökumət başçısına pensiyanın məbləğinin az olduğundan şikayətləniblər. Baş nazir pensiya ilə problemin bütün ölkədə mövcud olduğunu etiraf edib.

“Pul yoxdur”, - deyən baş nazir “Möhkəm olun, sizə yaxşı əhvali-ruhiyyə və sağlamlıq diləyirəm” sözləri ilə tələsik görüşü bitirib.

0
14