KİV: Sarkisyan baş naziri istefaya göndərəcək

KİV: Sarkisyan baş naziri istefaya göndərəcək

“Hökumətyönümlü dairələrdə erməni hökumətinin və baş nazir Ovik Abramyanın tezliklə istefaya gedəcəyinə dair söhbətlər gəzir”.

Oxu.Az xəbər verir ki, bu barədə “Aykakan Jamanak” qəzeti yazır.

Nəşr xatırladır ki, Yerevanda post-patrul xidmətini zəbt edən silahlı qruplaşma tərki-silah edildikdən sonra Serj Sarkisyan milli razılıq hökumətinin formalaşdırılacağını bəyan edib.

“Bu hazırkı hökumətin istefasını nəzərdə tuta bilər. Amma Sarkisyanın strategiyasına görə, belə hallarda o, kəskin dəyişikliklər etmir, fasilə verir və sonra addım atır”, - məqalədə qeyd edilib.

0
8