“Miss & Mister Turkvision Azerbaijan - 2016”-nın qalibləri – FOTO

“Miss & Mister Turkvision Azerbaijan - 2016”-nın qalibləri – FOTO

Avqustun 2-də “Miss & Mister Turkvision Azerbaijan - 2016”-nın final mərhələsi keçirilib.

Oxu.Az xəbər verir ki, münsiflər heyətində rəqqasə Oksana Rəsulova, özəl şirkətlərdən birinin vitse-prezidenti Ersan Yavuz, müğənni İlhamə Qasımova, aparıcı Şəhriyar Əbilov, təşkilatçı Aqil Məmiyev, rejissor Kənan M.M., modelyer-dizayner Gülnarə Xəlilova, “Miss Exclusive Azerbaijan - 2016”nın qalibi Zəhra Qaraxanova, müğənni Roza Zərgərli, model Süleyman Tənahirli, reper Elşad Xose, “Best Model of Azerbaijan - 2004”ün qalibi İlqar Əliyev yer alıb.

Müsabiqənin aparıcıları Seyran Babayev və Təranə, layihə rəhbəri Orxan və Süleyman Tənahirli qardaşları olub.

Miss Turkvision Azerbaijan - 2016” adına isə Şövkət Əsədullayeva layiq görülüb.

Yusif Cəfərlinin 23 yaşı var. Moskvada Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alır. Ölkəmizi sentyabr ayının 3-11 tarixləri arasında Gürcüstanın Batumi şəhərində keçiriləcək “Miss and Mister Planet - 2016” və sentyabrın 20-dən 30-dək İndenoziyanın Bali adasında təşkil olunacaq “Mister Universal Ambassador - 2016” beynəlxalq model müsabiqələrində təmsil edəcək.

“Miss & Mister Turkvision Azerbaijan - 2016”-nın finalında ikinci yeri Əzizə Kərimova ilə Yusif Yusifov, 3-cü yeri isə Nərgiz İsayeva və Nicat Bağırov bölüşüblər.

Aytən Sadıqzadə

0
211