İki nəfər çayda batıb

İki nəfər çayda batıb

Füzuli rayonunun Alıxanlı kənd sakini çaya yıxılaraq boğulub.

Oxu.Az DİN-in saytına istinadən xəbər verir ki, avqustun 3-də Füzuli rayonunun Alıxanlı kənd sakini Məhərrəm Quliyev Köndələn çayının kənd ərazisindən keçən hissəsinə yıxılaraq boğulub.

Meyit sudan çıxarılıb.

Daha bir boğulma hadisəsi isə İmişlidə baş verib. Belə ki, avqustun 3-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbə sakini Rauf Abdullayev Araz çayının qəsəbə ərazisindən keçən hissəsinə yıxılaraq boğulub.

Araşdırma aparılır.

0
10