İstanbuldakı mitinqdə Azərbaycan bayrağı dalğalana bilər

İstanbuldakı mitinqdə Azərbaycan bayrağı dalğalana bilər

“Bu, bir alışqanlıqdır, ondan heç bir şübhəmiz yoxdur”.

“Avqustun 7-də İstanbulda keçiriləcək “Demokratiya və Şəhidlər” mitinqində Türkiyənin bayrağımızdan başqa heç bir qurumun, təşkilatın bayrağını görmək istəmirik. Lakin Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycan bayraqları mitinqdə dalğalana bilər”.

Oxu.Az “Anadoluagentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iş adamlarının toplantısında çıxışında deyib.

Prezident bildirib ki, bütün mitinqlərdə Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycan bayraqlarını qaldırılır: “Bu, bir alışqanlıqdır, ondan heç bir şübhəmiz yoxdur”.

Qeyd edək ki, avqustun 7-də İstanbulda hakimiyyət çevirilişi zamanı şəhid olanların xatirəsinə həsr edilmiş Demokratiya mitinqi keçiriləcək. Ölkənin bütün partiya liderləri, siyasətçiləri, ictimai xadimləri, iş adamları, sənətçiləri mitinqə dəvət olunub.

0
6