"Qəbələ"- "Lill" qarşılaşmasının bütün biletleri satılıb

"Qəbələ"- "Lill" qarşılaşmasının bütün biletleri satılıb

Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində bu gün keçiriləcək “Qəbələ” – “Lill” matçında anşlaq olacaq. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, qarşılaşmanın bütün biletləri satılıb.

Bu isə o deməkdi ki, matçın keçiriləcəyi 8-ci km stadionunda boş yer olmayacaq.

Qeyd edək ki, “Qəbələ” – “Lill” görüşü 21:00-da start götürəcək.

0
182