Sabah bu rayonlar qazsız qalacaq

Sabah bu rayonlar qazsız qalacaq

SOCAR məlumat yaydı.

Sabah 13-də saat 10-dan 18-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Yeni Suraxanı”, Astara magistral qaz kəmərləri sahəsinin “Qaratəpə”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Tərtər”, saat 11-dən 16-dək isə Ağdaş magistral qaz kəmərləri sahəsinin “Katex”, Qazax magistral qaz kəmərləri sahəsinin “Alabaşlı” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. 

Oxu.Az SOCAR-ın rəsmi saytına istinadən xəbər verir ki, təmir müddətində Şəmkir rayonunun Seyfəli, Göygöl rayonunun Nadel, Almədətli və Quşqara, Balakən rayonunun Katex və Beretbinə, Saatlı rayonunun Qarayevkənd və Fətəlikənd, Sabirabad rayonunun Şəhriyar və Xəlfəli kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Bakının Suraxanı rayonunun Suraxanı və Bülbülə qəsəbələrinin, eləcə də Tərtər rayonunun bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi də mümkündür.

0
21