KİV: Ermənistan polisi qadağan edilmiş xüsusi vasitələrdən istifadə edir – VİDEO

KİV: Ermənistan polisi qadağan edilmiş xüsusi vasitələrdən istifadə edir – VİDEO

Versiyanı onlarla vətəndaşın aldığı xəsarətlər təsdiqləyir.

Ermənistan polisi qadağan edilmiş xüsusi vasitələrdən istifadə edir. Bu versiya iyulun 29-da nümayiş dağıdılarkən meydana gəlib.

Oxu.Az panorama.am-a istinadən xəbər verir ki, versiyanı onlarla vətəndaşın, o cümlədən də yetkinlik yaşına çatmayan şəxslərin aldığı xəsarətlər təsdiqləyir.

Məlumata görə, KİV Ermənistan polisinə nümayişə çıxanlara qarşı məhz hansı xüsusi vasitələrdən istifadə edildiynə dair sorğuya cavabda bildirilib:

“Sizin 1 avqust 2016-cı il tarixli sorğunuza cavab olaraq bildiririk ki, polis əməkdaşları tərəfindən xüsusi vasitələrin tətbiqi Ermənistanın “Polis haqqında” 29-cu və 31-ci qanunu ilə tənzimlənir. Digər məlumatlarla əlaqədar Ermənistan polis idarəsində hazırda xidməti araşdırma aparılır, bu haqda məlumat yalnız araşdırma başa çatdıqdan sonra təqdim edilə bilər”.

Xəsarət alanlara yardım edən həkimlər jurnalistlərlə söhbət zamanı bildiriblər ki, pasientlərin aldıqları xəsarətlərin mənşəyi onlara məlum deyil və bu xəsarətlərin hansı xüsusi vasitələrin tətbiqi nəticəsində meydana gəlmə səbəblərini də bilmirlər.

İnternetdə Yerevanın Saritax rayonunun sakini polis tərəfindən əl işıq-səs qumbarasına bənzəyən (“Fakel”) tətbiqini aşkar etdiyi video yayıb.

Xatırladaq ki, Ermənistanın səhiyyə nazirinin əmrinin 5-ci bəndi bu xüsusi vasitələrin tətbiqinə aiddir. Əmrə görə, “Fakel”lər yalnız 20 metr radiusda, açıq məkanda insanlardan 2,5 m uzaqlıqda tətbiq etməyə icazə verilir. Səs təsiri isə 10 m məsafədə təyin edilib.

0
15