Bağlanan 4 bankın əmanətçilərinə 10 milyon manat kompensasiya ödənilib

Bağlanan 4 bankın əmanətçilərinə 10 milyon manat kompensasiya ödənilib

Avqustun 1-dən etibarən Əmanətlərin Sığortalanması Fondu "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb.

Fonddan "APA-Economics"ə verilən məlumata görə, “Parabank” ASC-nin qorunan əmanətçilərinə 4 mln. 248 min 753 manat, “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 3 mln. 862 min 356 manat, “Kredobank” ASC-nin qorunan əmanətçilərinə 1 mln. 47 min 294 manat və “Dekabank” ASC-nin qorunan əmanətçilərinə isə 763 min 466 manatdan artıq kompensasiya ödənilib. Ümumilikdə 4 bank üzrə 9 mln. 921 min 869 manatdan artıq kompensasiya ödənilib.

0
10