Neftçilər prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Neftçilər prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol-cizgi və yol-göstərici xətlərinin, həmçinin piyada keçidlərinin (zolaqların) yenidən rənglənməsi işləri davam etdirilir.

“Azəravtoyol” ASC-nin Mətbuat katibliyindən Oxu.Az-a verilən məlumata görə, bu çərçivədə axşam saat 22:00-dan etibarən səhər saatlarına qədər, Neftçilər prospektinin, Azneft dairəsindən Bakı Dəniz Vağzalının qarşısına qədər olan hissəsində yol-cizgi və yol-göstərici xətlərinin rənglənməsi işləri aparılacaq.

Bununla əlaqədar olaraq sözügedən prospektdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

0
12