Tacikistanda 170 nəfər qiyama cəhdə görə mühakimə edilib

Tacikistanda 170 nəfər qiyama cəhdə görə mühakimə edilib

Tacikistanda keçən ilin sentyabrında hərbi qiyama aidiyyətli olmaqda şübhəli bilinən 170 nəfər mühakimə edilib, bu barədə respublikanın baş prokuroru Yusuf Rahmon bildirib.

Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

“200-ə yaxın adama dair cinayət işi respublikanın digər hüquq-mühafizə orqanları ilə birgə araşdırılıb. Onlara qarşı təkzibedilməsi mümkün olmayan dəlillər bazası toplanıb”, - o bəyan edib.

Onun sözlərinə görə, bu gün üçün onlardan 170 nəfərinə dair hökm qərarı çıxarılıb. Onlar hərbi qiyama cəhddə təqsirkar biliniblər.

2015-ci iliin sentyabrın əvvəlində Tacikistanın müdafiə nazirinin müavini Abduhalim Nazarzoda silahlı qiyama cəhd edib. Qiyamçı generalın qrupunun məhv edilməsi üzrə əməliyyat 12 gün davam edib. Qrup Düşənbədən 50 km şərqdə yerləşən dağlarda gizlənirdilər, nəticədə Nazarzoda və onun 60-dan çox tərəfdaşı məhv edilib.

0
10