Londonda 19 yaşlı şəxs insanlara hücum etdi, ölən var

Londonda 19 yaşlı şəxs insanlara hücum etdi, ölən var

Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Böyük Britaniyanın paytaxtı Londonda bıçaqla silahlanmış naməlum şəxs yoldan keçənlərə hücum edib.

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

İnsident yerli vaxtla saat 22:30-da qeydə alınıb. Məlumata əsasən, 1 qadın hadisə yerində dünyasını dəyişib, 5 nəfər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti barədə məlumat verilmir.

Cinayətkar polis tərəfindən yaxalanıb. London polis idarəsindən verilən məlumata görə, həbs olunan şəxs psixi xəstə olub.

“19 yaşlı şəxs həbs olunub, hazırda o xüsusi xəstəxanaya yerləşdirilib. İlkin məlumatlara görə, onun psixoloji durumu baş vermiş insidentə səbəb olub”.

Hadisənin motivi və təfərrüatları hələ ki, məlum deyil. Polis insidentin terror aktı olduğunu istisna etmir.

0
18