Mənzil İnşaatı Dövlət Agentliyinə direktor təyin edilib

Mənzil İnşaatı Dövlət Agentliyinə direktor təyin edilib

Nuriyev əvvəllər “İçərişəhər” qoruğunun rəhbəri olub.

Azərbaycan Prezidenti İlham Əliyev Samir Nuriyevin Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.

Prezidentin digər bir sərəncamı ilə Samir Nuriyev yeni yaradılmış Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru təyin edilib.

0
30