Məşhur müğənni Trampın 5 milyonundan imtina etdi

Məşhur müğənni Trampın 5 milyonundan imtina etdi

ABŞ-da prezidentliyə namizəd olan Donald Tramp kanadalı müğənni Castin Biberə Respublikaçılar Partiyasının qurultayı ilə bağlı keçiriləcək konsertdə çıxış etmək üçün dəvət göndərib.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Tramp müğənniyə 45 dəqiqəlik çıxışı üçün 5 milyon dollar təklif edib, o isə karyerası dövründə əldə edə biləcəyi ən rekord konsert məbləğindən imtina edib.

C. Biberin yaxın ətrafının əksəriyyəti Respublikaçılar partiyasından ABŞ prezidentiyi uğrunda mübarizə aparan Hillari Klintonu dəstəkləyir. Hətta onun meneceri Skuter Braun bildirib ki, Biber Trampın təklifini qəbul etsə, işdən istefa verəcək.

Qeyd olunur ki, Castin Biber martın 9-dan başlayıb iyulun 19-da bitən “Purpose” turundan 70 milyon dollar qazanıb. O, bu müddət ərzində 51 konsert verib, 143 min bilet satılıb.

0
16