Rusiyada iki azərbaycanlı həmvətənlərini hədələyərək pul tələb ediblər

Rusiyada iki azərbaycanlı həmvətənlərini hədələyərək pul tələb ediblər

Rusiyanın Bryansk vilayətində həmvətənlərinə hədə-qorxu gələrək ondan pul tələb edən iki Azərbaycan vətəndaşı saxlanılıb.

Oxu.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, vilayət prokurorluğu 1980-ci il təvəllüdlü Qəzənfər İsmayılov və 1968-ci il təvəllüdlü Ramazan Feyzullayevə qarşı cinayət işini məhkəməyə göndərib.

İstintaqın versiyasına görə, R.Feyzullayev və Q.İsmayılov 2015-ci ilin avqustundan dekabr ayına qədər tanışları olan həmvətənlərinə Rusiya ərazisindən ekstardisiya ediləcəyi bəhanəsiylə hədə-qorxu gələrək sonuncudan 160 min rubl (3800 man) pul tələb edib.

Cinayət işinin istintaqı zamanı təqsirləndirilən şəxslər ittihamları tam qəbul ediblər.

Belə cinayət törətdiklərinə görə, onlar 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə üzləşə bilərlər.

0
17