Azərbaycan yığmasının sabiq üzvünə narkotik ittihamı

Azərbaycan yığmasının sabiq üzvünə narkotik ittihamı

İdmançının özü marixuanadan istifadə faktını inkar edir.

Rusiyanın kanoe üzrə milli komandasının üzvü Andrey Kraytor 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına buraxılıb.

Oxu.Az report-a istinadən bildirir ki, bu barədə Beynəlxalq Kanoe Federasiyası (İCF) qərar qəbul edib.

“Müstəqil şəxs” Riçard Maklaren və onun mənbəsi olan Moskva Antidopinq Laboratoriyasının sabiq direktoru Qriqori Rodçenkov Kraytorun narkotik vasitələrdən istifadə etdiyini müəyyənləşdirib.

Bu Maklarenin qapalı hesabatında qeyd olunub. Lakin bu, Ümumdünya Antidopinq Agentliyinin Kodeksinin pozulması demək deyil. Hərçənd, idmançının özü marixuanadan istifadə faktını inkar edir. İCF-nin intizam araşdırması nəticəsində Kraytorun “Rio-2016”da iştirakına icazə verilib.

Lakin idmançının olimpiadada iştirak edib-etməyəcəyi Beynəlxalq Olimpiya Komitəsinin (İOC) tibbi komissiyasının sədri Uğur Erdener, idmançılar komissiyasının sədri Klaudiya Bokel və qurumun sabiq prezidenti Xuan Antonionun oğlu kiçik Samarançın verəcəyi qərardan asılı olacaq. Rusiyalı üzgüçü, olimpiya və dünya mükafatçısı Nikita Lobintsev və Vladimir Morozov da analoji hadisə ilə üzləşib.

Qeyd edək ki, Andrey Kraytor 2009 - 2012-ci illərdə Azərbaycan millisində çıxış edib.

0
22