Çevrilişçi general həbsxanada döyüldü

Çevrilişçi general həbsxanada döyüldü

Türkiyədə 15 iyul hadisələri zamanı adı əsas fiqurlar arasında hallanan Hərbi Hava Qüvvələrinin keçmiş komandanı, general Akın Öztürkə həbsxanada hücum ediblər. Lent.az Hürriyət-ə istinadən xəbər verir ki, Sincan həbsxanasında saxlanılan Akın Öztürkün vəkili Mehmet Sinan İncə bildirib ki, rütbəsi sökülmüş general döyülüb.

Sosial şəbəkə vasitəsi ilə məlumatı paylaşan vəkil əlavə edib ki, Akın Öztürkə görüş otağında da hücum olub.

Məsələyə hələlik rəsmi münasibət bildirilməyib.

0
9