Uorlik: Tərəflərin öhdəliklərə əməl etməsini gözləyirik

Uorlik: Tərəflərin öhdəliklərə əməl etməsini gözləyirik

“Biz bu yaxınlarda atəşkəsin pozulmasına görə narahatlıq keçiririk”.

“ATƏT-in Minsk qrupu tərəflərin Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair öhdəliklərə əməl etməsini gözləyir”.

Oxu.Az xəbər verir ki, bunu RİA Novosti agentliyinə açıqlamasında Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.

Onun sözlərinə görə, qoşunların təmas xəttində vəziyyətin nisbi sabit olmasına baxmayaraq, biz bu yaxınlarda atəşkəsin pozulmasına görə narahatlıq keçiririk.

Gözləyirik ki, tərəflər münaqişənin sülh yolu ilə tənzimlənməsinə dair öz öhdəliklərini yerinə yetirəcək və istənilən eskalasiyadan qaçacaqlar.

0
14