Ukrayna Azərbaycan neftinin nəqlinə maraqlıdır

Ukrayna Azərbaycan neftinin nəqlinə maraqlıdır

Ukrayna bu ilin sonuna Azərbaycan və Qazaxıstandan 2 mln. tona qədər xam neftin Avropaya nəqli üçün saziş imzalamağı planlaşdırır.

Oxu.Az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə dövlət neftdaşıma operatoru olan “UkrTransNafta” ASC məlumat yayıb.

“UkrTransNafta” hökumətə məktubunda Azərbaycan və Qazaxıstan neftinin Odessa-Brodı kəməri ilə daşınması üçün bəzi ön məhdudiyyətlərin asanlaşdırılmasını istəyib.

Qeyd edək ki, hazırda bu kəmərə daha çox Rusiyanın “Urals” nefti doldurulur.

“UkrTransNafta” boru kəmərləri ilə neftin Ukraynanın emal müəssisələrinə daşıyan və Mərkəzi və Şərqi Avropa ölkələrinə tranzitini həyata keçirən yeganə milli operatordur.

0
19