İŞİD-də 1500 uşaq-kamikadze hazırlandı

İŞİD-də 1500 uşaq-kamikadze hazırlandı

“İslam dövləti” (İŞİD) qruplaşmasının döyüşçüləri, terror aktlarının icrası üçün 1500 uşaq-kamikadze hazırlayıblar, bunu İraq Kürdistanının hökumətindən bildiriblər.

Oxu.Az xəbər verir ki, bu barədə “Alalam” telekanalı məlumat yayıb.

İraq yezidilərinin oğurlanması işləri üzrə idarədən aşağıdakı məlumatları bildiriblər:

“Son iki ildə 2600 yezidi kürd azad edilib, bununla yanaşı, yaraqlılar əsirlikdə 3700 adam saxlayırlar. Bundan başqa regionda islamçılar tərəfindən qətlə yetirilən 33 qardaşlıq məzarı aşkar edilib.

Bu məlumatlar İŞİD-in İraqın əsasən kürdlərin yaşadığı Sincar şəhərinə nəzarətinin ikinci ildönümü ilə əlaqədar yayılıb. Bu yaşayış məntəqəsini ələ keçirən yaraqlılar minlərlə yezidi kürdü qətlə yetirib, qadınları isə qul ediblər”.

0
8