Samur-Abşeron kanalında 2 nəfər batıb – YENİLƏNİB

Samur-Abşeron kanalında 2 nəfər batıb – YENİLƏNİB

Onlardan biri Şabranda, digəri isə Sumqayıtda batıb.

Samur-Abşeron kanalında axtarışlar başa çatıb.

Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu Şabran rayonu, Ağbaş kəndi ərazisindən keçən hissəsində, 1956-cı il təvəllüdlü Quliyev Piri Hacıalsan oğlunun cəsədini batdığı yerdən 25 km aralıda və kanalının Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində 1987-ci il təvəllüdlü Mənsimov Sahib Mirməhəmməd oğlunun cəsədini batdığı yerdən 14 km aralıda sudan çıxarıb və aidiyyəti üzrə təhvil verib.

13:40

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Samur-Abşeron kanalının Şabran rayon, Ağbaş kəndi ərazisindən keçən hissəsində 1 nəfərin, 1 nəfərin isə Sumqayıt şəhər, H. Z. Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində batması barədə məlumat daxil olub.

Oxu.Az–ın FHN-nın saytına istinadən verdiyi xəbərə görə, dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları hadisə yerinə cəlb olunub.

Vətəndaşların axtarışına başlanılıb.

0
18