"Ermənistanda yeni silahlı qruplaşmalar yarana bilər"

"Ermənistanda yeni silahlı qruplaşmalar yarana bilər"

“Əgər Ermənistanda normal siyasi proseslər vasitəsilə fövqəladə xarakterli məsələlərin həllinə nail olmasaq, ölkədə “Sasna çrer” adlı yeni silahlı qruplaşmalar yaranacaq”.

APA-nın “news.am” saytına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın müxalif  “İrs” partiyasının lideri Raffi Ovannisyan deyib.

O bildirib ki, hər bir Ermənistan vətəndaşı “Sasna çrer” üzvü ola bilər: “Lakin onlar bizim ölkəmizi işğal edən qalstuklu terrorçulara qarşı vuruşan antiterrorçular olacaq. Əgər indiki vəziyyətin dəyişməsinə nail olmasaq, o zaman heç kim sərhədlərimizdəki itkilərə təəccüblənməsin”.

0
18