Putin və Sarkisyan Moskvada görüşəcəklər

Putin və Sarkisyan Moskvada görüşəcəklər

Yükək səviyyədə aparılacaq danışıqların gedişatında siyasi, iqtisadi-ticarət və humanitar sahədə qarşılıqlı fəaliyyət məsələlərinin müzakirəsi planlaşdırılır.

Ermənistan prezidenti Serj Sarkisyan avqustun 10-da Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfər edəcək.

Oxu.Az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat yayılıb.

“Yükək səviyyədə aparılacaq danışıqların gedişatında siyasi, iqtisadi-ticarət və humanitar sahədə qarşılıqlı fəaliyyət məsələlərinin müzakirəsi, Avrasiya məkanında inteqrasiya prosesində irəliləyişlərin nəzərdən keçirilməsi planlaşdırılır”, - məlumatda deyilir.

Qeyd edilir ki, danışıqlar zamanı bir sıra aktual beynəlxalq və regional problemlərə dair fikir mübadiləsi aparılacaq.

Xatırladaq ki, avqustun 8-də Bakıda Rusiya, Azərbaycan və İran liderlərinin görüşü keçiriləcək.

Bakı görüşünün gedişatında Rusiya prezidentinin Azərbaycan və İran liderləri ilə ikitərəfli danışıqlarının keçirilməsi də planlaşdırılıb.

0
10