Saday Şəkərlinin cəzası yüngülləşdirildi

Saday Şəkərlinin cəzası yüngülləşdirildi

Bu gün Bakı Apellyasiya Məhkəməsində şair Saday Şəkərli barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmənin qərarı ilə onun ittiham oldunduğu Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi 182.2.4-cü müddəyə tövsif edilib. Onun cəzası 10 ildən 5 ilə endirilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub.

S. Şəkərli Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

0
8