“Fitch” Səudiyyə Ərəbistanının reytinqini endirdi

“Fitch” Səudiyyə Ərəbistanının reytinqini endirdi

Bu neftin qiymətinə olan proqnozun pisləşməsi ilə əlaqədardır.

Beynəlxalq kredit dərəcələrini müəyyənləşdirən “Fitch Ratings” Səudiyyə Ərəbistanının kredit reytinqinin “AA” səviyyəsindən “AA-”ya endirdiyini açıqlayıb.

Oxu.Az RNS-ə istinadən xəbər verir ki, bu barədə agentliyin yaydığı məlumatda deyilir. 

Reytinq üzrə proqnoz “mənfidir”.

“Fitch” reytinqin endirilməsini neftin 2016-cı və 2017-ci ilin qiymətinə olan proqnozunun pisləşməsi ilə əlaqələndirir.

0
27