“Amburan Mall”da “CinemaPlus” kinoteatrının açılışı baş tutub – FOTO + VİDEO

“Amburan Mall”da “CinemaPlus” kinoteatrının açılışı baş tutub – FOTO + VİDEO

İyulun 31-də Bilgəh qəsəbəsindəki “Amburan Mall” ticarət mərkəzinin 1-ci mərtəbəsində yerləşən müasir premium kinoteatr “CinemaPlus Amburan”ın açılış mərasimi baş tutub.

Oxu.Az xəbər verir ki, gecənin qonaqları şou-biznes ulduzları, məşhur jurnalistlər, bloqqerlər, sahibkarlar və iri şirkətlərin rəhbərləri olublar.

Açılış mərasimi açıq səma altında keçirilib.

“CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə və “Amburan Mall” ticarət mərkəzinin baş meneceri Rəcəb Babayev giriş sözü ilə qonaqları salamlayıblar. T çıxış edib.

Əsas diqqəti dekorasiya, güllərdən hazırlanan arka, şarlar və nəhəng dirijabl çəkib. Tədbirin sonunda qonaqlara tort təqdim olunub və atəşfəşanlıq olub.

0
6