Dubayda təyyarə eniş zamanı qəzaya uğradı – FOTO + VİDEO

Dubayda təyyarə eniş zamanı qəzaya uğradı – FOTO + VİDEO

Göyərtədə 275 sərnişin olub.

Dubaya Hindistandan gələn “Emirates” aviaşirkətinin təyyarəsi enərkən qəzaya uğrayıb.

Oxu.Az xəbər verir ki, sərnişinlər və heyət üzvləri təxliyyə ediliblər.

İlkin məlumata görə, xəsarət alan olmayıb.

Təyyarə endikdən sonra alışıb. Hadisə yerli vaxtla saat 12:45-də baş verib. Hadisənin səbəbi hələlik müəyyən edilməyib.

“Emirates”dən bildiriblər ki, göyərtədə 275 sərnişin olub.

Hadisənin şahidlərindən biri NDTV-yə təyyarə enərkən uçuş zolağına çırpıldığını bildirib.

0
235